Novruz Olsun
(tatcadan tərcümə)
Bayram olanda hər an,
Uşaqlarda sevinir.
Bağçaları gəzərlər,
Böyüklər fərəhlənir.
Əl-üzünü yuyarlar,
Yeni paltar geyinər,
Şadlanar, oynayarlar,
Həyat üzlərinə gülər.
Təbrik edər hamını,
Öpər qardaş-bacını,
Görəndə qucaqlayarlar,
Bütün qohumlarını.
Uşaqların arzusu,
Novruz bayramı olsun
Cibləri noğul dolsun,
Hər günü bayram olsun.
Maqsud Hacıyev
Qızım
(tatcadan tərcümə)
Qızımsan, nazımsan,
Nəğməmsən,sazımsan.
Günün güldən bol olsun,
Ömrün şad-xürrəm olsun.
Şirinə yuxular gör sən,
Yuxuda güllər topla.
Hiylə fəndə meyl etmə,
Günün şirin qənd olsun.
Anana güllər verəsən,
Dəstə sümbül verəsən.
Ördəyimsən,qazımsan,
Sən xoş avazımsan.
Sən varsan-gün cənnətdir,
Sən ürəyim canımsan,
Damarımda qanımsan.
Sən noqulum, nabatım,
Sən arzum, nabatım.
Hər sözün mənə candır,
Gülməyin bir cahandır.
Paltarı rəngbərəngdi,
Qızım nə qəşəngdir!
Damda
(tatcadan tərcümə)
Getdim gördüm damda iki-siçan oyunda,
Qaçdım-qaçdım yıxıldım, üz gözüm qan içində,
Qanı verdim yerə,
Torpaq mənə ot verdi,
Otu verdim qoyuna,
Qoyun mənə yağ verdi,
Yağı verdim qarıya,
Qarı mənə qoqal verdi,
Qoqalı verdim mollaya,
Molla mənə kitab verdi,
Kitabı verdim Tanrıya,
Tanrı mənə ömür verdi.
Tat xalq qoşması.
Yaz
Gəl, gəl, a yaz günləri,
İlin əziz günləri.
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
Mirzə Ələkbər Sabir