Kurağakişi
Ərzaqlar: ət, soğan, yağ, ədviyyatlar, kartof, keşniş, şüyüd.
Hazırlanması: Qazanda yağ qızardılır. Çəkilmiş ət (soğan,ədviyyat qatılmış) barmaq boyda formaya salınıb (ona bəzi bölgələrdə gəlin barmağı deyirlər), yağda qızardılır, yenə duz, ədviyyat əlavə edilib azca su tökülür.
Su qaynayanda 4 hissəyə bölünmüş kartof əlavə edilir (zövqə görə keşniş, şüyüd əlavə oluna bilər).
Bişəndən sonra odu söndürüb yerdəmi alınır.

Ovduq (tat ca ov-su, duq-ayran).
Ərzaqlar: 1 lt qatıq, 0,5 lt su, şüyüd, keşniş, duz.
Hazırlanması: 1 lt qatıq çalxalanır və üstünə 0,5 lt qaynamış və soyudulmuş su tökülür.
Xırda doğranmış göyərti və duz əlavə olunub qarışdırılır. Zövqə görə xırda-xırda doğranmış xiyar əlavə olun ur .
Soyuq halda süfrəyə verilir.

Tat Çığırtması.
Ərzaqlar: 1 ədəd toyuq, 5 ədəd yumurta, 3 ədəd soğan, 100 qram yağ, 1 xörək qaşığı un, duz, istiot.
Hazırlanması: Toyuq suda pörtdədilir. 3 ədəd soğan xırda-xırda doğranaraq yağda qızardılır.
Üzərinə 1 xörək qaşıqı un və toyuq əti də əlavə olunur. Toyuq qızardıqdan sonra suyu da üzərinə tökülür.
Yemək qaynadıqdan sonra 5 ədəd yumurta qarışdırılıb üzərinə əlavə olunur.
Təhəng dolması: (yarpaq dolması)
Ərzaqlar: dana və quzu əti, düyü, lobya, soqan, pip və ya heyva yarpaqı, duz
Hazırlanması: ət ( dana və quzu əti) taxtada döyülür və ya maşında çəkilir, soğan, düyü, uzun lobyanın ləpəsi, duz ətə qarışdırılıb yene döyülür. Əllə qarışdırıb,çırpılır.
Sonra əti xırda uzunsov - 7 sm uzunluqda, əvvəlcədən yuyulub, quyruğu kəsilmiş heyva yarpağının quyruq tərəfi bir balaca ətə yapışdırılır, sonra ət yarpağa bələnir. Azca sıxılaraq mis qazana sıra ilə düzülür. Üstünə azca su (soyuq) tökülür. Kəfi yığılır. 25 deqiqe qaynadılandan sonra artıq bişir. Yerdəmi alandan sonra boşqablara çəkilir.
Qatıqla yeyilir.